SİZİN REKLAM BURADA!
055 213 76 73


"Sabah" UEFA Konfrans Liqasının III təsnifat mərhələsində ilk oyununu keçirib.

Murad Musayevin baş məşqçi olduğu komanda Bakıda Serbiya "Partizan"ı ilə qarşılaşıb.

"Bank Respublika Arena"dakı görüş Azərbaycan təmsilçisinin inamlı qələbəsi ilə başa çatıb - 2:0. Meydan sahiblərindən hər iki qolu Boyan Letiç vurub. Sol cinah müdafiəçisi 70 və 74-cü dəqiqələrdə fərqlənib. 69-cu dəqiqədə Aleksey İsayev penalti zərbəsindən yararlana bilməyib.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 17-də Belqradda baş tutacaq.

***21:35

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci qol vurulub.

74-cü dəqiqədə Bakı klubunun müdafiəçisi Boyan Letiç dubl müəllifi olub.

***21:30

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda hesab açılıb.

70-ci dəqiqədə Azərbaycan təmsilçisinin sol cinah müdafiəçisi Boyan Letiç baxımlı qola imza atıb.

***21:05

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda ikinci hissə başlayıb.

"Bank Respublika Arena"da oynanılan matçın ilk yarısından sonra qapılara qol vurulmayıb.

***20:52

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda birinci hissə başa çatıb.

Komandalar fasiləyə qolsuz bərabərliklə yollanıblar.

***20:01

Bakıda "Sabah" və Serbiya "Partizan"ı arasında UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyunu start götürüb.

"Bank Respublika Arena"da keçirilən qarşılaşma saat 20:00-da başlayıb.

Görüşü gürcüstanlı FIFA referisi Giorgi Kruaşvili idarə edir.

Qeyd edək ki, komandaların cavab matçı avqustun 17-də Belqradda olacaq.

***19:11

Bakıda UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin ilk oyununda üz-üzə gələcək "Sabah" və Serbiya "Partizan"ının start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

"Sabah": 1. Yusif İmanov, 2. Amin Seydiyev, 7. Boyan Letiç, 9. Anatoli Nuriyev, 10. Aleksey İsayev, 12. Vinsent Till, 15. Kristian da Silva, 19. Emmanuel Apeh, 24. Maruan Hadudi, 27. Jarl Marqarita, 44. Sofian Çakla
Baş məşqçi: Murad Musayev

"Partizan": 1. Aleksandr Yovanoviç, 3. Mixaylo İliç, 5. Nikola Antiç, 6. Svetozar Markoviç, 7. Severina Xander, 8. Frank Elimane Kanute, 9. Kuinsi Meniq, 11. Matheus Saldanya, 15. Aldo Kalulu, 26. Aleksandr Filipoviç, 40. Kristiyan Beliç

Baş məşqçi: İqor Dulyay

Qeyd edək ki, "Bank Respublika Arena"da oynanılacaq görüş saat 20:00-da başlayacaq.

BAKU.WS