SİZİN REKLAM BURADA!
055 213 76 73


Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu yekunlaşıb. Rəqibinə 4:1 hesabı ilə məğlub olan Azərbaycan təmsilçisi turnirlə vidalaşıb.

Xatırladaq ki, ilk qarşılaşmada “Qəbələ” doğma meydanda Kipr təmsilçisinə 2:3 hesabı ilə məğlub olmuşdu.

***22:26

Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda beşinci qol vurulub.

“Omoniya” təmsilçimizin qapısında dördüncü topu keçirib. Ümumi hesab 4:1-dir.

***22:21

Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda təmsilçimiz fərqi azaldıb.

56-cı dəqiqədə “Qəbələ”nin heyətində Ahmed Ayzaya fərqlənib.

***21:40

Kiprdə "Omoniya" və "Qəbələ" arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab dəyişib.

39-cu dəqiqədə Adam Lanq 3-cü topu "qırmızı-qaralar"ın qapısından keçirib.

***21:31

Kiprdə "Omoniya" və "Qəbələ" arasında keçirilən UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda 2-ci qol vurulub.

29-cu dəqiqədə penaltini dəqiq yerinə yetirən Roman Bezus dubl edib.

***21:11

Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda hesab açılıb.

Meydan sahiblərinin heyətində R.Bezus beşinci dəqiqədə fərqlənib.

***21:01

Kiprdə "Omoniya" və "Qəbələ" arasında UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu başlayıb.

Nikosiyadakı "GSP Arena"da keçirilən görüş Bakı vaxtı ilə saat 21:00-da start götürüb.

Qeyd edək ki, Qəbələdəki ilk oyunda qonaqlar 3:2 hesablı qələbə qazanıblar.

***20:14

Kiprdə “Omoniya” ilə “Qəbələ” arasında keçiriləcək UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyunu üçün start heyətləri müəyyənləşib.

Avropa futbol qurumunun rəsmi saytında verilən məlumata görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar:

“Omoniya”: 40. Fabiano, 3. Adam Mettyuz, 5. Senu Kulibali, 7. Villi Semedu, 8. Moretu Kassama, 9 Andronikos Kakulis, 10. Loizos Loizu, 17. Yan Letsyaks, 19. Fuad Bəşiri, 22. Adam Lanq, 90. Roman Bezus

Baş məşqçi: Sofronis Avqusti
“Qəbələ”: 13. Kristof Atanqana, 2. İlkin Qırtımov, 4. Lukas Afriko, 7. Emil Səfərov, 9. Əyyub Allaş, 10. Omar Hani, 14. Ülvi İsgəndərov, 28. Murad Musayev, 34. Urfan Abbasov, 72. Osama Xalayla, 99. Ahmed Ayzaya

Baş məşqçi: Elmar Baxşıyev

Qeyd edək ki, bu gün Nikosiyadakı "GSP Arena"da keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

BAKU.WS