SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin “Qalatasaray” klubu "Fənərbaxça"nın bir müddətdir maraqlandığı braziliyalı yarımmüdafiəçi Teteni heyətinə cəlb etməyə yaxındır.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, iddiaya görə, oyunçu “CimBom”la danışıqlara getdiyindən “Fənər” masadan çəkilmək qərarına gəlib.

Braziliyalı oyunçunun sosial şəbəkə hesabından etdiyi paylaşım isə "fənər"liləri hiddətinə, "qalatasaray"lıların böyük sevincinə səbəb olub.

Oyunçunun sözügedən postunda “Qalatasaray”ın ulduzu Mauro İkardinin qol sevincini əks etdirən emojilər yer alıb.

Bu da yarımmüdafiəçinin "Qalatasaray"a keçəcəyi iddialarını daha da gücləndirib.

BAKU.WS
QALEREYA