SİZİN REKLAM BURADA!
055 213 76 73


PSJ ilə Mauro İkardinin transferi mövzusunda danışıqlar aparan "Qalatasaray" transferi tamamlayıb.

BAKU.WS xəbər verir ki, bu barədə jurnalist Di Marzio bildirib.

Məlumata görə, "Qalatasaray" Mauro İkardi ilə 3 illik müqavilə imzalayıb.

Fabrizio Romanonun sözlərinə görə, "Qalatasaray" Mauro İkardinin transferi üçün 10 milyon avro ödəyəcək.

Qeyd edək ki, "Qalatasaray"da icarə əsasında çıxış edən 30 yaşlı hücumçu 26 matçda 23 qol, 8 məhsuldar ötürmə ilə çempionluqda böyük pay sahibi olub.

İkardi karyerası ərzində "Sampdoriya", "PSJ" və "İnter"in də formasını geyinib.

BAKU.WS