SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" Mauro İkardinin transferi ilə bağlı PSJ ilə razılığa gəlib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, ötən mövsüm göstərdiyi performansla "Qalatasaray"ın çempionluğunda böyük pay sahibi olan İkardi "sarı-qırmızılılar"a keçməyə hazırlaşır.

Parislilərlə razlığa gələn İstanbul təmsilçisi bu transfer üçün PSJ-yə 10 milyon avro ödəyəcək.

Məlumata görə, hücumçu "Qalatasaray"ın şərtlərini qəbul edib.

Qeyd edək ki, Mauro İkardi ötən mövsüm "Qalatasaray"ın heyətində 26 matçda forma geyinib. Argentinalı ulduz 23 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

BAKU.WS