SİZİN REKLAM BURADA!
055 213 76 73


Antaliyanın Kaş bölgəsində qandonduran hadisə yaşanıb.

BAKU.WS xəbər verir ki, Çavdır məhəlləsində iki qonşu it üstündə dava edib. Daha sonra Şaban T. Orhan S.-i iplə maşının arxasına bağlayarq sürüyüb.

Hadisə yerinə gələn polis Şaban T.-ni nəzarətə götürüb. Belindən və ayağından yaralanan Orhan S. isə təcili olaraq xəstəxanaya yerləşdirilib. Hazırda onun müalicəsi davam etdirilir.

Qısa müddətdə sosial şəbəkələrdə müzakirələrə səbəb olan görüntü hamıda aqressiya yaradıb.

İstifadəçilər "Bu necə bir kindir? Bu necə bir nifrətdir?", "Heyvanlara nəsə ediləndə cəza verməəsn növbə insanlara gələr", "Tövbə-tövbə millət insanlıqdan çıxıb", "Vicansızlıqdır bu! Eynisini yaşamağın diləyi ilə!", "Gündəngünə vəhşiləşirik" sözlərini yazaraq yaranmış vəziyyətə etiraz ediblər. 

BAKU.WS
VİDEO