SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan tennisində tarixi uğur yaşanıb.

BAKU.WS xəbər verir ki, 19 yaşlı azərbaycanlı tennisçi Kənan Qasımov tarixdə ilk dəfə olaraq ATP xalını qazanıb.

  

O, Antalyada keçirilən beynəlxalq tennis turnirində 23 yaşlı yaponiyalı rəqibi Naoki Tajimanı məğlub edərək (6-1) ilk ATP xalını hesabına yazdırıb. Gənc istedad Kənanın bu uğuru gələcəkdə Azərbaycan tennisinin beynəlxalq arenada yeni, daha böyük uğurların qazanılması üçün bir təkan olacaq. 

BAKU.WS Kənan Qasımovun məşqçisi Tələt Rəhimovla bu tarixi uğurla əlaqədar müsahibə alıb. 

- Tələt bəy, Kənan Qasımovun perspektivini necə dəyərləndirirsiniz?

- Kənan Qasımov yaşının az olmasına baxmayaraq çox perspektivli və iddialı idmançıdır. Onun gələcəyinə inanıram. 

- Yetirməniz Antalyada növbəti görüşünü kimə qarşı keçirəcək?

- Kənanın növbəti görüşü adı dünya tennis həvəskarlarına yaxşı tanış olan Rusiya tennisçisi Teymuraz Qabaşviliyə qarşı olacaq. 

- Yarışlara qatılmaqla bağlı hər hansı çətinliyiniz yaranırmı?

- Sağolsun təşəbbüs göstərən, uğurlarımıza biganə qalmayan dostlarımız yardımçı olur. Lakin bu baxımdan Tennis Federasiyasından heç bir dəstək görmürük. 

Sonda qeyd edək ki, Kənan Qasımovun bu uğurundan sonra inanırıq ki, tennis funksionerləri idmanın inkişafına daha da qayğı ilə yanaşacaqlar. 

  

BAKU.WS