SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Sankt-Peterburq şəhərində çaya düşən avtobusun sürücüsünə qarşı cinayət işi açılıb.

BAKU.WS Rusiya mətbuatına istinadən xəbər verir ki, Moyka çayına uçan avtobus sürücüsü saxlanılıb.

İnternetdə yayımlanan kadrlardan görünür ki, sürücü idarəetməni itirib və qarşıdan gələn zolağa çıxıb, maneələri yıxıb və bir neçə avtomobili vurub, ardınca isə çaya düşüb.

İlkin məlumata görə, o, avtomobil idarə edərkən halı pisləşib. Çaya düşən avtobusda 20 nəfərin olduğu qeyd edilib. 

Yoldan keçənlər xilasedicilərin köməyinə gələrək avadanlığın avtobusun damına çatdırılmasına köməklik ediblər. Nəqliyyat bir saatdır suda qalıb.

BAKU.WS
VİDEO