SİZİN REKLAM BURADA!
055 213 76 73


"Qalatasaray" tarixində 23-cü dəfə Türkiyə çempionluğunu qazanıb. İstanbul təmsilçisi 4 illik çempionluq həsrətinə son qoyub. Klub axırıncı dəfə 2018/2019 mövsümündə kuboku muzeyinə aparmışdı.

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, "ultraAslan"lıların qələbəsində böyük izdiham və maraqlı anlar yaşanıb.

Çempionluq sevinci zamanı argentinalı futbolçu Mauro İkardi diqqət mərkəzində olub. İkardi "Florya Metin Oktay Təsisləri"ndə "Aşkın Olayım" mahnısını azarkeşlərlə birlikdə ifa edib. Ulduz futbolçu azarkeşləri bazar günü "Nef Stadionu"nda oynanılacaq "Fənərbaxça" derbisinə də dəvət edib.

"Qalatasaray"ın vitse-prezidenti Erden Timur və klubun yarımmüdafiəçi ulduzu Lukas Torreyra sevincləri ilə yadda qalıblar. Onların bir-birini qucaqlayaraq yaşıl meydançada yuvarlanması sosial mediada böyük marağa səbəb olub. 

"Qalatasaray" azarkeşləri çempionluq şənliyində "Fənərbaxça" bayrağı ilə sarılı tabut hazırlayıb. Azarkeşlərin bu sevinci "fənər"liləri qıcıqlandırsa da, böyük marağa səbəb olub.

Çempionluqdan sonra İstanbula qayıdan"Qalatasaray"ın ulduzu Serxio Oliveyra hava limanında "Fənərbaxça"nın stadionunda qollardan sonra səsləndirilən "Freed from desire" mahnısı ilə komanda yoldaşlarını coşdurub.

BAKU.WS
VİDEO