SİZİN REKLAM BURADA!
055 213 76 73


"Aşkın Olayım" adlı mahnısı "Qalatasaray" azarkeşləri tərəfindən klubun argentinalı hücumçusu Mauro İkardiyə həsr edilən müğənni Simge Sağın "sarı-qırmızılılar"ı çempionluq münasibəti ilə təbrik edib.

BAKU.WS xəbər verir ki, ifaçı bu barədə sosial şəbəkə hesabından paylaşım edib:

"Beşiktaş azarkeşi olaraq mahnılarımla bütünləşən "Qalatasaray" azarkeşlərini və onların ictimaiyyətini çempionluq münasibətilə səmimi qəlbdən təbrik edirəm".

Qeyd edək ki, "Qalatasaray" ötən gün Türkiyə Super Liqasının 36-cı həftəsində qonağı olduğu "Ankaragücü"nü 1-4 hesabı ilə məğlub edərək liqada 23-cü çempionluğunu qeyd edib. Daha sonra oyunçular və texniki heyət klubun soyunub geyinmə otağında Simge Sağının "Aşkın olayım" mahnısını ifa ediblər. 

BAKU.WS
VİDEO