SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Super Liqasında çempionluğa ən güclü namizəd olan “Qalatasaray”ın ulduz futbolçusu Mauro İkardi diqqətləri üzərinə çəkib.

BAKU.WS xəbər verir ki, o, türk ifaçı Simge Sağının "Aşkın Olayım" mahnısını oxuyarkən çəkdirdiyi anları sosial media hesabında paylaşıb.

Futbolçu paylaşımına ifaçının adını işarələyərək, “Bağışla məni Simge, sənin oxuduğun kimi deyil, “Qalatasaray” azarkeşi kimi oxumağa çalışıram", - deyə yazıb.

Qeyd edək ki, “sarı-qırmızılı” klubun azarkeşləri Simge Sağının bu mahnısını İkardiyə həsr ediblər. İkardi hər dəfə qol vurduqdan sonra tribunalardan onun şərəfinə “Aşkın Olayım” sədaları ucalır.

Sözügedən anları təqdim edirik:

BAKU.WS
VİDEO