SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin ATV kanalında yayımlanan "Kuruluş Osman" serialının çəkilişi zamanı maraqlı anlar yaşanıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, çəkilişdə fasilə zamanı bizans geyimində olan aktyorlardan biri namaz qılıb.
Onun görüntüləri digər çəkiliş heyəti tərəfindən lentə alınaraq sosial şəbəkələrdə yayılıb və müzakirələrə səbəb olub. 
İzləyicilər həmin aktyorun ünvanına "Bu geyimini dəyişdirən "Kara Murat"dır", "Doğru yolda", "Allah namazını qəbul etsin gözəl qardaşım amma gərək libasını dəyişdirərdin" kimi sözlər söyləyiblər. 
BAKU.WS
VİDEO