SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Konfrans Liqasının III təsnifat mərhələsində “Beşiktaş”la qarşılaşacaq “Neftçi”nin rəqibini hansı stadionda qəbul edəcəyi məlum olub.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, qarşılaşma “Bakcell Arena”da keçirilməyəcək. Türkiyə klubuna marağın böyük olacağı nəzərə alınaraq qarşılaşmanın Bakı Olimpiya Stadionunda (BOS) keçirilməsi qərara alınıb.

Xatırladaq ki, “Neftçi” “Jelezniçar”, “Beşiktaş” isə “Tirana” səddini keçərək III mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, “Neftçi” “Beşiktaş”a qarşı ilk oyunu avqustun 10-da səfərdə, cavab matçını ayın 17-də Bakıda keçirəcək.

BAKU.WS