SİZİN REKLAM BURADA!
055 213 76 73


 

 

Futzal üzrə Avropa çempionatının play-off mərhələsinin cavab oyunları çərçivəsində Trnava şəhərində keçirilmiş Slovakiya – Azərbaycan qarşılaşmasından əvvəl xoşagəlməz hal baş verib.
 
BAKU.WS-in məlumatına görə, matç üçün hazırlanmış oyun proqramının üz qabığında və akkreditasiya vəsiqələrinin üzərində Azərbaycan milli komandasının oyunçusunun karikaturası öz əksini tapıb.
 
Məsələ ilə bağlı AFFA-dan verilən məlumata görə, karikaturanın hazırlanması və nəşri AFFA ilə razılaşdırılmayıb.
 
Bununla əlaqədar olaraq, AFFA Slovakiya Futbol Federasiyasına, Futzal Federasiyasına və UEFA-ya etirazını bildirib.
 
ŞAHİN Həbibov
BAKU.WS