SİZİN REKLAM BURADA!
055 213 76 73


Aerobika gimnastikası üzrə Azərbaycan yığmasının üzvləri Misirin paytaxtı Qahirədəki "Pharaohs Cup" turnirində üç qızıl medal qazanıblar.

Federasiyadan BAKU.WS-ə verilən məlumata görə, böyüklər arasında Vladimir Dolmatov və Mədinə Mustafayeva qarışıq cütlükdə, Leyla Bejanova, Arzu Ağayeva və Xədicə Quliyeva üçlük proqramında birinci yeri tutublar.

Yeniyetmələrin yarışında isə Dilarə Qurbanova, Sara Əlixanlı, Sənəm Kazımova (üçlük proqramı) qızıl medala yiyələniblər.

BAKU.WS
QALEREYA