SİZİN REKLAM BURADA!
055 213 76 73


Portuqaliya millisinin və "Əl-Nəsr" klubunun ulduz hücumçusu Kriştiano Ronaldo və sevgilisi Corcina Rodriqes onlara qarşı atılan böhtanlarla ciddi mübarizəyə başlamaq qərarına gəliblər.

BAKU.WS xəbər verir ki, bu barədə "AS"nin məlumatında bildirilib.

Cütlük mətbuat və tənqidçilərin yazdığı və onların reputasiyasına xələl gətirən davamlı şayiə və eyhamlardan bezib.

Ronaldo və Corcina artıq bir qrup hüquqşünas, şərəf hüququnun müdafiəsi üzrə mütəxəssislərlə görüş keçirib.

Cütlük onlara və ailələrinə ziyan vuran, böhtanlar yayan medianı və tənqidçiləri məhkəməyə verməyə hazırdır.

BAKU.WS