SİZİN REKLAM BURADA!
055 213 76 73


Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun ulduz futbolçusu Kriştiano Ronaldo sevgilisi Corcina Rodriqezlə ayrılıq iddialarına aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, o, sosial şəbəkə hesabında sevgilisi ilə fotosunu paylaşıb.

38 yaşlı hücumçu paylaşımına "Eşqin şərəfinə" deyə şərh bildirib.

Bununla da Ronaldo ayrılıq xəbərlərini təkzib edib.

Qeyd edək ki, mətbuatda forvardın sevgilisi ilə arasında problemlər olduğu, hətta Ronaldonun sevgilisinin çox pul xərcləməsindən narazı olduğu iddia edilirdi.

Onu da bildirək ki, Corcina Ronaldonun beş övladından ikisinin anasıdır.

BAKU.WS
QALEREYA