VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Super Liqasının kubokunu qazanan "Qalatasaray" Nikolo Zaniolonu satmağı və yerinə ulduz oyunçu gətirməyi planlaşdırır. 

BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, 23 yaşlı hücumçu satılsa, "Çelsi"nin futbolçusu Hakim Ziyeşin transferi gündəmə gələcək.

Bundan başqa, Cimbom PSJ-nin icarə əsasında "Yuventus"da çıxış edən futbolçusu Leandro Paredeslə də maraqlanır.

"Qalatasaray"ın 28 yaşlı yarımmüdafiəçi üçün yaxın günlərdə rəsmi addımlar atacağı bildirilib.

Qeyd edək ki, 19 mart 1993-cü ildə Hollandiyanın Dronten şəhərində anadan olan 30 yaşlı Hakim Ziyeş futbolçu karyerasına "Heerenween" klubunda başlayıb. Daha sonra “Tvente”, “Ayaks” və “Çelsi”də çıxış edib. O, Mərakeş Milli Komandası ilə 52 oyunda 19 qol vurub.

BAKU.WS