Messidən sonra daha bir ulduz futbolçu PSJ-dən gedəcəyini açıqladı - FOTO

Messidən sonra daha bir ulduz futbolçu PSJ-dən gedəcəyini açıqladı - FOTO
İdman 108

Fransa Liqa 1 komandalarından olan PSJ-də çıxış edən 37 yaşlı ispan müdafiəçi Serxio Ramos da klubdan ayrılır.

BAKU.WS xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında açıqlama yayıb:

"Sabah xüsusi bir gün olacaq, sabah həyatımın başqa bir mərhələsi ilə vidalaşacağam, Paris Saint-Germain ilə vidalaşacağam. Özünüzü nə qədər yerdə evinizdəki kimi hiss edə biləcəyinizi bilmirəm, amma şübhəsiz ki, PSJ, onun azarkeşləri və Paris mənim üçün onlardan biri olub”.

Messidən sonra daha bir ulduz futbolçu PSJ-dən gedəcəyini açıqladı - FOTO

Qeyd edək ki, 2021-ci ildə "Real Madrid"dən PSJ-ə transfer olunan Serxio Ramos 2 mövsümdə Paris komandasında cəmi 57 oyun keçirərək 5 qol vurub. İspaniyalı müdafiəçi 2 Fransa çempionu və 1 Fransa Superkubokunu qazanıb.

Son xəbərlər