"Sevilya" - "Roma" matçının baş hakiminə hücum oldu - ANBAAN VİDEO

Macarıstanda "Sevilya" ilə "Roma" arasında baş tutan UEFA Avropa Liqasının final oyununu idarə edən, mübahisəli qərarları ilə yadda qalan baş hakim Entoni Teylor hücuma məruz qalıb.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, hadisə Budapeşt hava limanında baş verib.
İtaliyalı fanatlar FIFA referisinin və ailəsinin əleyhinə şüarlar səsləndiriblər. Ardınca isə tərəfdarlar Teylor və yaxınlarına fiziki təzyiq göstərməyə çalışıblar.
Hadisə yerinə təhlükəsizlik xidmətinin əməkdaşları cəlb olunub.
Xatırladaq ki, həmin görüşdə "Sevilya" 7-ci dəfə titula sahib çıxıb. "Roma"nın baş məşqisi Joze Mourinyo avtobusa minərkən Teylorun üzərinə yeriməyə çalışıb və təhqirlər səsləndirib.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
