Lionel Messi PSJ-dən ayrılacaq

Lionel Messi PSJ-dən ayrılacaq
İdman 282

Argentina millisinini və PSJ-nin hücumçusu Lionel Messi Paris komandası ilə müqaviləsini yeniləməyəcək və mövsümün sonunda komandanı tərk edəcək.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Fabritsio Romano məlumat yayıb.

Daha əvvəl PSJ rəhbərliyinin hələ də futbolçu ilə müqaviləni uzatmaqda maraqlı olduğu bildirilirdi.

Lakin tərəflər razılığa gələ bilməyib.

Həmçinin mətbuatda Messinin "Barselona"ya qayıtması və ya karyerasını Səudiyyə Ərəbistanında davam etdirməsi ilə bağlı məlumatlar yayılıb.

Son xəbərlər