SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib.

BAKU.WS AFFA-nın saytına istinadən xəbər verir ki, toplantıda 2023/24-cü illər mövsümündə UEFA-nın klub yarışlarında və Azərbaycan Premyer Liqasında iştirak etmək üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

AFFA-nın Lisenziya Komissiyası klubların lisenziyalaşdırılması üzrə qaydaların (Buraxılış 2022) 8-ci maddəsinə əsaslanmış müzakirələrdən sonra aşağıdakıları qərara alıb:

1. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Qarabağ” FK, “Sabah” FK, “Neftçi” PFK, “Zirə” PFK, “Qəbələ” İK;

2. UEFA-nın klub yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“Turan Tovuz” PFK İB, “Səbail” PFK;

3. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilsin:

“Turan Tovuz” PFK İB, “Səbail” PFK, “Sumqayıt” FK, “Kəpəz” PFK İB, “Şamaxı” FK İB, “Araz-Naxçıvan” PFK, “Zaqatala” PFK;

4. Premyer Liqa yarışlarında iştirak etmək üçün aşağıdakı klublara lisenziya verilməsin:

“İmişli” PFK, “Mingəçevir” FK, MOİK PFK, “Qaradağ Lökbatan” FK.

Lisenziya iddiaçısı lisenziya ilə bağlı imtina barədə verilmiş bildiriş tarixindən etibarən 10 gün müddətində AFFA-nın Lisenziyalaşdırma üzrə Apellyasiya Komitəsinə apellyasiya şikayəti verə bilər.

Qeyd edək ki, “UEFA-nın klub yarışlarında iştirak etmək üçün Azərbaycan futbol klublarının lisenziyalaşdırılması və maliyyə dayanıqlığı üzrə qaydalar”ın (Buraxılış 2022) 14-cü maddəsinə müvafiq olaraq, 2023/24-cü illər mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmək üçün lisenziya almış klublar avtomatik olaraq eyni mövsüm üçün Azərbaycan Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya almış hesab olunur.

BAKU.WS