SİZİN REKLAM BURADA!
055 213 76 73


“Komandaya qələbə qazandıran qolu vurmaq üçün hər kəsdə inam olmalıdır. Bizim hamımızda bu inam var idi”.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu Leandro Andrade UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent” üzərində qazandıqları 1:0 hesablı qələbəni dəyərləndirərkən deyib.

Qarşılaşmada yeganə qolun müəllifi olan kabo-verdeli yarımmüdafiəçi matçın ağır keçəcəyini öndəcən bildiklərini söyləyib: “Çünki qarşımızda çətin rəqib var idi. Buna rəğmən qələbə qazandıq. Heyətdə dəyişikliklər olduğunu da nəzərə almaq lazımdır. Bir çox futbolçular qış fasiləsində komandanı tərk etdilər. Əvəzində yeni oyunçular gəldilər. Amma yenə də qalib gəldik. Hər şey öz əlimizdədir. Qarşıdakı oyunlarda yaxşı nəticələr qazanmaq üçün çalışmaq lazımdır”.

Andrade qələbə qolunu onun vurmasının o qədər də vacib əhəmiyyət kəsb etmədiyini, komandanın qələbə qazanmasının daha vacib olduğunu vurğulayıb: “Meydana çıxanda hamımızın istəyi qələbə qazanmaq olur. Belə də davam etməliyik”.

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu fevralın 23-də Gentdə keçiriləcək.

BAKU.WS