"Zaqreb Open": Hacı Əliyev gümüş medal qazanıb

Zaqreb Open: Hacı Əliyev gümüş medal qazanıb
İdman 80

Azərbaycanın sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyada keçirilən "Zaqreb Open"də final görüşünə çıxıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, 70 kq-da yer alan üçqat dünya və üçqat Avropa çempionu həlledici qarşılaşmada ABŞ təmsilçisi Alek Uilyam Pantaleonu sınağa çəkib. Rəqibinə 2:5 hesabı ilə uduzan Əliyev ikinci yerlə kifayətlənib.

Əliyevlə eyni çəkidə çıxış edən Xadjimurad Qadjiyev isə hindistanlı Vişal Kaliramanı 10:0 hesabı ilə məğlub edərək, bürünc medala yiyələnib.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl, Əli Rəhimzadə (65 kq) isə bürünc medal əldə edib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər