"Çelsi" İngiltərə futbolu tarixinin ən bahalı transferini etdi - FOTO

İngiltərənin "Çelsi" klubu "Benfika" və Argentina millisinin yarımmüdafiəçisi Entso Fernandezi yüksək məbləğə transfer edib.
BAKU.WS xəbər verir ki, "zadəganlar" ulduz futbolçu üçün "Benfika"ya 121 milyon avro ödəniş ediblər. 22 yaşlı yarımmüdafiəçi ilə 8,5 illik müqavilə imzalanıb.
Bu transfer İngiltərə Premyer Liqasının tarixində rekord olub.
Qeyd edək ki, Qətərdə keçirilən 2022-ci il DÇ-də Entso Fernandez milli komandanın tərkibində çempionluq titulunu qazanıb və həmçinin turnirin ən yaxşı gənc oyunçusu mükafatına layiq görülüb.
Enzo Fernandes 2022-ci ilin iyul ayından "Benfika"da çıxış edirdi. Argentinalı futbolçu komandanın heyətində 29 oyunda 4 qol vurub və 7 məhsuldar ötürmə edib.
Qalereya
Oxşar xəbərlər
Futbol üzrə dünya çempionatında ilk finalçı bəlli olub - YENİLƏNİB
Qətərdə keçirilən dünya çempionatında ilk finalçı müəyyənləşib. Yarımfinal oyununda Xorvatiya yığmasını 3:0 hesabı ilə darmadağın edən Argentina millisi həlledi...
