VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Mərakeş milli komandası Qətərdə keçirilən dünya çempionatında 1/8 finala yüksəlib.

F qrupunun sonuncu - 3-cü turunda Kanadaya 2: hesabı ilə qalib gələrək birinci pillənin sahibi kimi pley-offa adlayıb.

Hesabı 4-cü dəqiqədə Hakim Ziyeş açıb. 23-cü dəqiqədə Yussuf En-Nesiri Mərekeşin üstünlüyünü 2 topa çatdırıb. 40-cı dəqiqədə Naif Agerdin öz qapısına vurduğu qol fərqin azalmasına səbəb olsa da, afrikalılar qələbə hesabını sonadək qoruya bilib.

Beləliklə, 3 oyundan 7 xal toplayan Mərakeş qrupu ilk pillədə başa vurub. Kanada isə mundialla xalsız vidalaşıb.

***19:43

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda 3-cü qol vurulub.

41-ci dəqiqədə Afrika təmsilçisindən Naif Aquerd avtoqol müəllifi olub - 1:2.

***19:26

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda 2-ci qol vurulub.

23-cü dəqiqədə Yussuf En-Nesiri Afrika təmsilçisinin üstünlüyünü artırıb.

***19:07

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyununda erkən qol vurulub.

4-cü dəqiqədə Hakim Ziyeş Afrika təmsilçisini hesabda önə keçirib.

***19:03

Qətərdə keçirilən dünya çempionatında Kanada və Mərakeş yığmaları arasında F qrupunun üçüncü tur oyunu start götürüb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.

***18:37

Qətərdə keçirilən dünya çempionatının F qrupunun üçüncü turunda üz-üzə gələcək Kanada və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

Komandalar matça aşağıdakı “11-lik”lərlə başlayacaqlar:

Kanada: Milan Boryan; Stiven Vitoriya, Alister Conston, Kamal Miller; Sem Adekuqbe, Junior Hoylett, Mark Kaye, Conatan Osorio; Tedjon Byukenen, Alfonso Deyvis, Kayl Larin

Mərakeş: Yassin Bunu; Nayef Aquerd, Romen Saiss, Əşrəf Hakimi, Nussair Mazraui; Sofyan Amrabat, Abdelhamid Sabiri, Azeddin Unai; Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

BAKU.WS