VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Seneqal millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb.

Afrika təmsilçisi A qrupunun sonuncu - III turunda Ekvadorla üz-üzə gəlib.

Qarşılaşma Seneqalın 2:1 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını 44-cü dəqiqədə penaltidən İsmaila Sarr və 70-ci dəqiqədə Kalidu Kulibali vurub. Cənubi amerikalılarda isə Moises Kaysedo 67-ci dəqiqədə fərqlənib.

Seneqal kollektivi 6 xalla qrup ikincisi kimi pley-offa yüksəlib və növbəti raundda B qrupunun lideri ilə görüşəcək.

***20:38

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda növbəti qol vurulub. 

Afrika təmsilçisinin heyətində Kalidu Kulibali 70-ci dəqiqədə komandasını yenidən hesabda önə keçirib - 2:1. 

***20:29

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda növbəti qol vurulub. 

Cənubi Amerika təmsilçisinin heyətində Moises Kaysedo 67-ci dəqiqədə bərabərlik qoluna imza atıb - 1:1. 

***19:45

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyununda hesab açılıb.

İsmaila Sarr 44-cü dəqiqədə penaltidən fərqlənməklə Afrika təmsilçisini önə keçirib.

***19:16

Qətərdə keçirilən dünya çempionatında Ekvador və Seneqal yığmaları arasında A qrupunun III tur oyunu başlayıb.

Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

BAKU.WS