SİZİN REKLAM BURADA!
055 213 76 73


İspaniya millisi dünya çempionatları tarixində topa sahib olmada yeni rekorda imza atıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, Pireney təmsilçisi buna Qətərdəki mundialda Kosta Rika yığmasını 7:0 hesabı ilə darmadağın etdikləri E qrupunun ilk tur oyununda 81,7 faizlik göstərici ilə nail olub.

Əvvəlki rekord Argentina yığmasına məxsus olub - 80,3 faiz. Cənubi Amerika təmsilçisi 2010-cu ildə dünya çempionatında Yunanıstanla qarşılaşmada bu göstəriciyə çatıb. 3-cü pillədə DÇ-2018-in Rusiya - İspaniya görüşü qərarlaşıb. Həmin oyunda ispaniyalılar topa 78,9 faiz sahib olub.

Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də yekun vurulacaq.

BAKU.WS