UFC: İslam Maxaçev Oliveyranı "boğaraq" çempion kəmərini qazandı

23
okt
2022
01:03
UFC-də növbəti döyüş həftəsi başa çatıb.
BAKU.WS-in məlumatına görə, Əbu-Dabidə baş tutan UFC 280-in yüngül çəkidə keçirilən döyüşündə rusiyalı döyüşçü İslam Maxaçev (70 kq) braziliyalı rəqibi Çarlz Oliveyranı məğlub edərək çempion adını qazanıb. Döyüş döyüşün ikinci raundunda İslamın rəqibini "boğucu" fəndə salması ilə başa çatıb.
Gecənin digər döyüşlərində Aldjeymin Sterlinq Ticey Dillaşouya qalib gəlib. Petr Yan isə sensasion şəkildə Şon OMelliyə uduzub.
Oxşar xəbərlər
Güləşçilərimiz Avropa çempionatına 1 qızıl və 3 gümüş medalla başladı - YENİLƏNİB/VİDEO
Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə Avropa çempionatına start verilib. BAKU.WS Güləş Federasiyasının yaydığı məlumata istinadən xəbər verir ki,Qitə biri...
