SİZİN REKLAM BURADA!
055 213 76 73


Cüdo üzrə Azrərbaycan milli komandalarının oktyabrın 21-də Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində start götürəcək Böyük Dəbilqə turniri üçün heyəti açıqlanıb.

Federasiyadan BAKU.WS-ə verilən məlumata görə, 3 gün davam edəcək yarışda 11 kişi və 2 qadın idmançı qüvvəsini sınayacaq.

Kişilərdən 60 kq-da Balabəy Ağayev və Turan Bayramov, 66 kq-da Tofiq Məmmədov, 73 kq-da Vüsal Qələndərzadə və Nurlan Osmanov, 81 kq-da Elcan Hacıyev və Zelim Tçkayev, 90 kq-da Murad Fətiyev və Vüqar Talıbov, 100 kq-da Elmar Qasımov, 100 kq-dan yuxarı çəkidə isə Camal Qamzatxanov tatami üzərinə çıxacaq.

Qadınların mübarizəsində isə 48 kq-da Leyla Əliyeva və 52 kq-da Gültac Məmmədəliyeva medal qazanmağa çalışacaq.

Qeyd edək ki, Böyük Dəbilqədə dünyanın 66 ölkəsindən 428 idmançı iştirak edəcək.

BAKU.WS