SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasının qrup mərhələsində "Olimpiakos"la səfər qarşılaşmasında inamlı qələbə qazanan Ağdam təmsilçisi qrupda ikinci yerdə qərarlaşıb.

BAKU.WS xəbər verir ki, Yunanıstan təmsilçisi ilə ev oyununda da qələbə qazanacağı təqdirdə "köhlən atlar" növbəti mərhələyə vəsiqə qazanmaq üçün işin böyük hissəsini görmüş olacaq.

Qeyd edək ki, "Qarabağ" klubu əldə etdiyi nailiyyətlər nəticəsində 305 komandanın olduğu "IFFHS" siyahısında 91-ci pillədədir. Azərbaycan təmsilçisinin əldə etdiyi uğurlarda baş məşqçi Qurban Qurbanov başda olmaqla, həm yerli, həm də əncəbi futbolçuların zəhməti böyükdür.

"Qarabağ"ın legionerləri klubda uğurlu çıxışları nəticəsində çıxış etdikləri yığma komandaların da əsas oyunçularına çevriliblər. Hələlik heç bir yığmada çıxış etməyən Kadi Borqes isə Polşa millisindən təklif alıb.

"Qarabağ"ın legionerlərini təqdim edirik:

Kevin David Medina Rentería 9 mart 1993-cü ildə Kolumbiyada anadan olub. "Qarabağ" futbol klubunda müdafiəçi kimi çıxış edən kolumbiyalı 19 iyul 2020-ci ildə Ağdam təmsilçisi ilə 3 illik müqavilə imzalayıb. Kolumbiyalı buna qədər Portuqaliya təmsilçiləri "Cahves" və"Academico Viseu" klublarında çıxış edib.

Marko Veşoviç 28 avqust 1991-ci ildə anadan olub. "Qarabağ" və Monteneqro milli komandasında sağ cinah müdafiəçisi kimi çıxış edir. Buna qədər İtaliyanın "Torino", Xorvatiyanın "Rijeka" və Polşanın "Legia" klublarında top qovub. 

Julio Rodrigez Romao 29 mart 1998-cui ildə Braziliyada anadan olub. 17 iyul 2022-ci ildə "Qarabağ" FK ilə müqavilə imzalayıb. Portuqaliyanın "Santa Klara", Braziliyanın "Paranaense" və "Ponte Preta" klublarında çıxış edib. 

Leandro Livramento Andrade 24 sentyabr 1999-cu ildə Portuqaliyada anadan olsa da Kabo-Verdi millisinin şərəfini qoruyur. Andrade "Olyanense"nin gənclər akademiyasında üç il çıxış edib, 2018-ci ildə əsas komandaya yüksəlib. O, növbəti il "Fatima" FK -da çıxış edib, 2020-ci ilin iyulunda Bolqarıstanın "Çerno More" komandasına transfer olunub. Andrade 16 avqust 2020-ci ildə Bolqarıstan Birinci Liqasında, "Etar Veliko Tarnovo" səfərində 4:0 hesablı qələbədə əvəzedici kimi debüt edib. Andrade 13 yanvar 2022-ci ildə "Qarabağ" FK-na transfer olunub.

Marko Yankoviç 9 iyul 1995-ci ildə anadan olub. Monteneqro milli komandasında yarımmüdafiəçi kimi çıxış edir. Çetinyedə anadan olan Yankoviç ilk olaraq "Lovçen" klubunun uşaq komandasında çıxış edib. Həmçinin İtaliyanın SPAL, "Crotone" klublarında, İsrailin "Beitar Jerusalem" və "Hapoel Tel Aviv" klublarında çıxış edib. 2022-ci ilin yayında "Qarabağ" FK ilə müqavilə imzalayıb. 

Abdullah Zubir 5 dekabr 1991-ci ildə Fransanın Lil şəhərində Mərakeş əsilli bir ailədə anadan olub. O, 20 yaşına qədər Fransa Milli Futzal Komandasında oynayıb. Abdullah Zubir 26 iyun 2018-ci ildə "Qarabağ" FK ilə müqavilə imzalayıb. Ağdam təmsilçisinə qədər Rumıniyanın "Petrolul Ployeşti", Fransanın "Lans" klublarında top qovub. 

Kadi Luri Borqes Malinovski 2 may 1996-cı ildə Braziliyada anadan olub. Braziliya "Koritiba" Portuqaliyanın "Estoril" və "Vilafranquense" klublarında çıxış edib. 11 iyun 2021-ci ildə "Qarabağ" klubu Kadi Luri Borqes Malinovskini transfer etdiyini elan edib.

Ovusu Kvabena 18 iyun 1997-ci ildə anadan olub. O, Qana milli komandasında hücumçu kimi çıxış edir. "Qarabağ" klubu ilə 2020-ci ilin yanvarında müqavilə bağlayıb. O, həmçinin İspaniyanın "Kordoba" və Türkiyənin "Ankaragücü" klublarında da top qovub. 

BAKU.WS