Azərbaycanın boks üzrə ilk qadın Avropa çempionu polkovnik-leytenantın qızı imiş - FOTO

05
okt
2022
10:45
Azərbaycanın boksçusu Emili Rzayeva yeniyetmələr arasında Avropa çempionu olub.
BAKU.WS xəbər verir ki, yarışda 70 kiloqram çəki dərəcəsində mübarizə aparan idmançımız bu uğura İtaliyanın Montesilvano şəhərində keçirilən qitə birinciliyində imza atıb.
Emili Rzayeva Azərbaycan boksunun tarixində ilk Avropa çempionu adını qazanan xanım olub.
Qeyd edək ki, Emili Rzayeva Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin YPXA-nın Fiziki Hazırlıq üzrə baş inspektoru, polis polkovnik-leytenantı Emil Rzayevin qızıdır.


Oxşar xəbərlər
Azərbaycanın iki boksçusu Avropa birinciliyində 1/4 finala vəsiqə qazanıb
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçular arasında Avropa çempionatı davam edir. BAKU.WS “apasport.az”a istinadən xəbər verir ki, 33 öl...
