VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Olimpiakos" komandasının qapıçısı Tomaş Vatslik Yunanıstanda "Qarabağ"a qarşı UEFA Avropa Liqasının qrup mərhələsinin III tur oyununda iştirak etməyə bilər.

BAKU.WS Report-a istinadən xəbər verir ki, Pirey təmsilçisinin baş məşqçisi Miçel Qonsales Çexiya millisində də çıxış edən 33 yaşlı qolkiperin oyunundan razı deyil.

59 yaşlı mütəxəssis bu səbəbdən qarşıdakı bir neçə görüşdə 20 yaşlı Kostas Tsolakisə şans verməyi planlaşdırır.

Qeyd edək ki, oktyabrın 6-da "Georgios Karaiskakis" stadionunda keçiriləcək "Olimpiakos" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

BAKU.WS