SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Frayburq” - “Qarabağ” matçı sona çatıb.

BAKU.WS xəbər verir ki, Qurban Qurbanovun yetirmələri G qrupunun favoriti “Frayburq”la qarşılaşıb. Almaniya təmsilçisi ilə görüş Bundesliqanın liderinin meydanında baş tutub.

"Europa-Park" stadionundakı qarşılaşma meydan sahiblərinin 2:1. hesablı qələbəsi ilə bitib.

Qarşılaşmanın 7-ci dəqiqəsində Qrifo, 15-ci dəqiqədə isə Doan meydan sahiblərinin heyətində fərqlənib.

“Qarabağ” 39-cu dəqiqədə Marko Veşoviçin qolu ilə fərqi azaltsa da, bundan artığına gücü çatmayıb.

Qeyd edək ki, "Qarabağ" sentyabrın 15-də II turda "Nant"ı qəbul edəcək, "Frayburq" isə "Olimpiakos"un qonağı olacaq.

***2022-09-08 23:42

Qarşılaşmanın 40-cı dəqiqəsində “Qarabağ” hesabı fərqi azaldıb. 

BAKU.WS xəbər verir ki, Marko Veşoviç “Qarabağ”ın ilk qolunu vurub. 

*** 23:20

UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilən “Frayburq” - “Qarabağ” matçında hesab açılıb.

Qarşılaşmanın 7-ci dəqiqəsində Qrifo penalti zərbəsi ilə meydan sahiblərini hesabda önə çıxarıb. Qarşılaşmanın 15-ci dəqiqəsində Doan hesab arasındakı fərqi artırıb.

***23:00

Almaniyada "Frayburq" və "Qarabağ" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin I tur oyunu start götürüb.

BAKU.WS xəbər verir ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayıb.

Görüşü belçikalı Erik Lambrextsin başçılıq erdiyi hakimlər briqadası idarə edir.

G qrupunun digər oyununda "Nant" Fransada Yunanıstan "Olimpiakos"u ilə üz-üzə gəlir.

BAKU.WS