"Liverpul" Trent Aleksander-Arnolda əvəzləyici tapıb
Yeniliklərdən dərhal xəbərdar olun
İngiltərə təmsilçisi "Liverpul" cari mövsümün sonunda klubdan ayrılacaq Trent Aleksander-Arnolda əvəzləyici tapıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, mersisaydlılar Almaniyanın "Bayer 04" kollektivinin müdafiəçisi Ceremi Frimponqu sıralarına cəlb etməyi düşünür.
Leverkuzenlilər 24 yaşlı oyunçunu 30 milyon funt-sterlinqə satmağa hazırdır. Bu məbləğin çox olduğunu düşünən qarşı tərəf digər variantları nəzərdən keçirir.
Qeyd edək ki, Ceremi Frimponq bu mövsüm "Bayer 04"ün heyətində bütün turnirlərdə 47 oyun keçirib, 4 qol vurub və 12 məhsuldar ötürmə edib. Onun komandası ilə müqaviləsinin müddəti 2028-ci ilin yayında başa çatacaq.
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...