SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında III tura start verilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, günün yeganə matçında "Şamaxı" "Səbail"i qəbul edib. Şamaxı şəhər stadionundakı qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb.

İlk qolu 20-ci dəqiqədə qonaqlardan Ruslan Hacıyev vurub. Meydan sahiblərindən isə Amil Yunanov 71-ci dəqiqədə tarazlığı bərpa edib.

Bu nəticədən sonra yeni mövsümdə ilk xallarını qazanan komandalar 7-8-ci yerləri bölüşdürürlər.

Qeyd edək ki, avqustun 20-də "Neftçi" "Sabah"ın qonağı olacaq. Bir gün sonra "Kəpəz" "Qəbələ" ilə, "Zirə" "Sumqayıt"la qarşılaşacaq. Bu turun "Turan Tovuz" - "Qarabağ" matçı isə "köhlən atlar"ın Çexiyada "Viktoriya" (Plzen) komandasına qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununa daha yaxşı hazırlaşa bilməsi səbəbindən təxirə salınıb. Bakıdakı ilk qarşılaşmada hesab açılmayıb. 

BAKU.WS