SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunlarında Azərbaycanın kikboksinq millisinin daha bir medalı rəsmiləşib.

Azərbaycan Kikboksinq Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, Rəhim Əliyev (low kick, 71 kq) finalda meydan sahibi Türkiyə idmançısı Aydın Aslana uduzaraq gümüş medalla kifayətlənib.

Beləliklə, ilk iki günün nəticəsinə əsasən Azərbaycanın kikboksinqdə rəsmiləşən medalları bunlardır: Bəhram Rəcəbzadə (low kick, +91 kq) – qızıl medal, Rəhim Əliyev (low kick, 71 kq) – gümüş medal, Elxan Əliyev (full contact, 71 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Aysu Devrişova (56 kq).

Amil Məmmədov (full contact, 51 kq) və Arzuman Qədimovun (low kick, 63,5 kq) bürünc medalları bu çəki dərəcəsində sabah keçiriləcək final görüşlərindən sonra rəsmiləşəcək.

BAKU.WS