SİZİN REKLAM BURADA!
055 213 76 73


Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, "Qəbələ" evdə "Şamaxı"nı qəbul edib. Qəbələ şəhər stadionunda oynanılan qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 8-ci dəqiqədə "qırmızı-qaralar"dan Rövlan Muradov açıb. 2 dəqiqə sonra Murad Musayev fərqi artırıb. 10-cu dəqiqədə Felipe Santos 3-cü topu rəqibin qapısından keçirib. Qonaqlar 56-cı dəqiqədə Amil Yunanovun qolu ilə fərqi azaltsalar da, məğlubiyyətdən xilas ola bilməyiblər.

Ardıcıl 2-ci qələbəsini qazanan "Qəbələ" xallarını 6-ya çatdıraraq, 2-ci pilləyə yüksəlib. Lider "Sabah"la 3-cü sıradakı "Qarabağ" da eyni xala malikdir. Xalı olmayan "Şamaxı" isə 8-ci yerdə qərarlaşıb.

Turun son matçında "Neftçi" bu gün evdə "Kəpəz"lə qarşılaşacaq.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Sabah" səfərdə "Zirə"ni 3:1, "Qarabağ" "Sumqayıt"ı 2:0, "Turan Tovuz" isə "Səbail"i 1:0 hesabı ilə məğlub edib.

BAKU.WS