Klopp onu təriflədi: "Texnikası müstəsna, zərbələri isə mükəmməldir"
Tanınmış məşqçisi Yurgen Klopp Alamniya milli komandanın hücumçusu Deniz Undav haqqında yüksək fikirlər səsləndirib.
BAKU.WS xəbər verir ki, Klopp Kot-d'İvuara qarşı keçirilən oyunda dubl edən və komandasına qələbə qazandıran Undavın keyfiyyətlərini xüsusi vurğulayıb.
"Onu digərlərindən fərqləndirən əsas xüsusiyyət qol duyumudur. O, harada dayanmalı olduğunu dəqiq bilir. Texnikası müstəsnadır, hücumları tamamlaması isə əladır. Kot-d'İvuarın qapısına vurduğu ilk qola baxın. Topu cəmi dörd-beş metrdən qapı xəttinin üzərindən aşırır və hər şey çox asan görünür. Amma bu, texniki baxımdan parlaq bir icra idi", – deyə Klopp bildirib.
Tanınmış mütəxəssis futbolçunun digər oyunçularla müqayisə edilməsinin düzgün olmadığını da vurğulayıb:
"Ən əsası, onu başqaları ilə müqayisə etməməliyik. Deniz Undav sadəcə Deniz Undavdır. Onun Almaniya millisində olmasından hamımız çox məmnunuq", – Klopp qeyd edib.
Xatırladaq ki, Almaniya yığması dünya çempionatının qrup mərhələsinin ikinci turunda Kot-d'İvuarı 2:1 hesabı ilə məğlub edib. Görüşdə Almaniya millisinin hər iki qolunu Deniz Undav vurub. Qələbə qolu isə matçın əlavə edilmiş vaxtının dördüncü dəqiqəsində qeydə alınıb.
Oxşar xəbərlər
"Qarabağ"ın nigeriyalı futbolçularla bağlı qərarı Əvəzedicilər Liqasının taleyindən asılıdır
2025/2026 mövsümünün əvvəlində "Qarabağ"ın U-19 komandasına cəlb olunan futbolçular - Muyideen Olude və Toheeb Abiodunla bağlı yekun qərar hələlik verilməyib. B...