"Qarabağ" "Sumqayıt"ı məğlub edib

Futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha bir oyunu keçirilib.
BAKU.WS "report"a istinadən xəbər verir ki, günün ilk matçında ölkə çempionu "Qarabağ" "Sumqayıt"ın qonağı olub.
"Kapital Bank Arena"dakı qarşılaşma "köhlən atlar"ın qələbəsi ilə yekunlaşıb - 2:0. Komandanın qollarını 90+4-cü dəqiqədə Musa Qurbanlı və 90+8-ci dəqiqədə Filip Ozobiç vurub.
Ağdam klubu xallarının sayını 6-ya çatdırıbsa, "gənclik şəhəri" təmsilçisi iki oyundan sonra xalsız qalıb.
Qeyd edək ki, günün digər oyununda "Səbail" "Turan Tovuz"u qəbul edəcək. Turun açılış görüşündə "Sabah" səfərdə "Zirə"yə 3:1 hesabı ilə qalib gəlib. Tura avqustun 14-də keçiriləcək "Qəbələ" - "Şamaxı" və "Neftçi" - "Kəpəz" matçları ilə yekun vurulacaq.
Oxşar xəbərlər
Azərbaycan Premyer Liqası: Bu gün daha iki oyun keçiriləcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II turun daha iki oyunu keçiriləcək. BAKU.WS-in Report-a istinadla məlumatına görə, günün ilk matçında “Sumqayıt...
