Rafael Fiziyev: "Makqreqor hər zaman mənə sataşır" - VİDEO

"Makqreqorun fikirlərinin əksəriyyətinə hörmətlə yanaşıram. Xüsusən də öz işində nailiyyətləri olanlara qarşı. Onun qədər heç kim uğur qazanmayıb. Həm də bu idman üçün çox şey edib. Bu gün heç kim bu qədər iş görməyib".
BAKU.WS xəbər verir bu sözləri Rafael Fiziyev CBC Sport kanalının "Təkbətək" verilişində irlandiyalı UFC döyüşçüsü Konor Makqreqor haqqında danışarkən deyib.
"O, özü hər zaman mənə sataşır. Mən ona heç nə etməmişəm. O, ilk dəfə mənə 2020-ci ildə sataşdı. Bu söhbət hələ mənim matriks fənnimdən öncə başlamışdı. Bu insan bir az fantaziyalar dünyasında yaşayır. Mən, həqiqətən, onu zala dəvət etdim".
Daha ətraflı videoda:
Oxşar xəbərlər
Rafael Fiziyev: “Akademiyanı bitirib zabit oldum, sonra fikrimi dəyişib Taylanda getdim” - VİDEO
Azərbaycan əsilli UFC döyüşçüsü Rafael Fiziyev CBC Sport kanalının "Təkbətək" verilişinin qonağı olub. O, UFC-dəki döyüşü zamanı sınan burnunun hazırda yaxşı ol...
