Azərbaycan cüdoçuları dünya çempionatına Polşada hazırlaşır

06
avq
2022
23:12
Cüdo üzrə Azərbaycan milli komandası Polşanın Zakopane şəhərində beynəlxalq təlim-məşq toplanışına başlayıb.
Federasiyanın mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, avqustun 17-dək davam edəcək hazırlıq prosesinə 14 cüdoçu qatılıb.
Onlar millinin baş məşqçisi Riçard Trautman, böyük məşqçilər Elçin İsmayılov və Mehman Əzizov, fiziki hazırlıq üzrə məşqçi Həsrət Məhəmmədovun rəhbərliyi altında hazırlıq keçirlər.
Toplanışı 6 - 12 oktyabrda Özbəkistanın paytaxtı Daşkənddə keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.
Oxşar xəbərlər
“Neftçi”də yeni məşqçi TƏYİNATLARI
“Neftçi” Futbol Akademiyasında 2022/2023-cü illər mövsümündə çalışacaq məşqçilər müəyyənləşib. BAKU.WS klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni mövsü...
