SİZİN REKLAM BURADA!
055 213 76 73


"İlk turlar hər zaman çətin keçir. İsti hava futbolçulara mənfi təsir edir. Xüsusilə avrokubok matçılarından sonra çempionata keçid edəndə çətinlik çəkirsən. Rəqib çox yaxşı mübarizə apardı. "Kəpəz" hər zaman xarakteri ilə seçilib. Yaşar Vahabzadə təcrübəsi ilə seçilir. Müdafiədən oyun qurmaqda ustadır".

BAKU.WS "Report"a istinadə xəbər verir ki, bunu "Zirə"nin baş məqçisi Rəşad Sadıqov səfərdə "Kəpəz"ə 2:1 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının ilk turunun oyunundan sonra mətbuat konfransında deyib.

40 yaşlı mütəxəssis bildirib ki, azlıqda qaldıqdan sonra dəyişikliklər edib: "Sərtan Taşkını cinaha atdıq və son dəqiqələrdə yorğunluğa baxmayaraq qələbə qolunu vurdum. Bu gün qələbə qazanmaq vacib idi. Qarşıdakı görüşlərə daha ciddi hazırlaşacağıq".

O, rəqibdən bu cür oyun gözlədiyini söyləyib: "Hətta ağlımdan məğlubiyyət ehtimalını da keçirirdim. Bizdə hər zaman heyətə baxılır. Amma belə deyil. "Kəpəz"in yorulacağəını düşünürdüm. Amma sonadək mübarizə apardılar. Hətta ikinci qolu da vurdular. Sadəcə, ofsayd oldu. Bu gün uduza da bilərdik. Futbolçular sağ olsunlar, qələbə qazandılar".

Baş məşqçi heyətin genişliyi ilə bağlı çətinlik yaşadıqlarını vurğulayıb: "Büdcə ayrılıb, sadəcə, seçimlərlə bağlı yubanırıq. Avropa bazarında qiymətlər yüksəlib. İstədiyimiz oyunçuları almaq istəyirik. Alternativ planlarımız da var. Bir az da səbr edib gözləmək niyyətindəyik. Danışıqlarımız davam edir. Qarşıdakı günlərdə bununla bağlı rəhbərliklə görüşümüz olacaq. Ötənilki qiymətə futbolçu gətirə bilmədik. Toplanış vaxtı Türkiyədə 3 klubla eyni oteldə qalırdıq. Əllərində böyük pulla transferlər etməkdə çətinlik çəkirdilər. Orada da başa düşdüm ki, transfer bazarında nə dərəcədə çətinlik var. Futbol belədir. Hər şeyə hazır olmalı və çıxış yolları tapmalıyıq. Bir tərəfdən sevinirəm ki, yerlilərə şans verirəm. Düşünürəm ki, oyunçu

Sadıqov VAR sisteminin tətbiqinə də toxunub: "Oyunda çox pauzalar oldu. Qol vurandan sonra axıra qədər sevinmirdim. Amma buna alışmalıyıq. Ötən mövsüm yaşadığımız hakim səhvlərinə görə VAR-ın gəlməsini istəyirdik. Ümid edirəm ki, futbolumuza çox xeyri dəyər".

Mütəxəssis Dmitrios Çantakiasın qırmızı vərəq aldıqdan sonra fiormanı yerə atmasına münasibət bildirib: "Burada niyyət önəmlidir. O, VAR-ın nəticəsini gözləmək üçün paltardəyişmə otağına yox, meydanın kənarına gəldi".

O, Cəlal Hüseynovun "Şamaxı"ya icarəyə verilməsinin səbəbini də açıqlayıb: "Müdafiə xəttində rəqabət böyükdür. Qalsaydı da, oynayacaqdı. Amma indi elə yaşıdır ki, daha çox şans qazanmalıdır. 3-4 klubdan təklifi var idi. Sonda "Şamaxı"nı seçdi. Cəza və zədə almadığı müddətdə bölgə klubunda 36 oyun keçirmək şansı var".

Sadıqov əsas hədəflərinin avrokuboklara vəsiqə qazanmaq olduğunu bildirib: "Hər komanda bunu istəyir. Amma mövsümün əvvəlidir, indidən proqnoz vermək çətindir. Bu il də medalçılar sırasında olmaq istəyirik. Lakin rəqiblərimiz də güclənib. Aydın məsələdir, favorit "Neftçi" və "Qarabağ"dır. Biz də əlimizi yanımıza salmayacağıq".

Baş məşqçi avrokuboklarda mübarizə aparan "Qarabağ" və "Neftçi"nin şanslarını da dəyərləndirib: "Ağ-qaralar" dünən ev oyununu möhtəşəm keçirdi. Təəssüf ki, son saniyələrdə qol buraxdılar. Amma hesabda üstündürlər və yaxşı formadadırlar. "Qarabağ"ın "Neftçi" kimi hesab üstünlüyü yoxdur. Amma şanslar bərabərdir. Hər iki komandaya uğurlar arzu edirəm. Mərhələni adlamalarını istərdim".

Sadıqov sonda PFL-in keçmiş prezidenti Ramin Musayevin istefası və Premyer Liqanın yeni sponsoru barədə daə danışıb: "Açığı, yeni sponsor və Ramin Musayevin istefası barədə düşünməmişəm. Çünki işlər çoxdur. Bu yay istərahət edə bilməmişəm. İstərdik ki, hər şey futbolumuzun xeyrinə olsun. Ramin Musayevə xidmətlərinə görə təşəkkür edirik, yeni PFL prezidentinə isə uğurlar arzulayırıq".

BAKU.WS