Bakıda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" - "Ferentsvaroş" oyunu başa çatıb.
BAKU.WS xəbər verir ki, qarşılaşma sülhlə başa çatıb (1:1).
***
21.20
"Qarabağ" - "Ferentsvaroş" oyununda üçüncü qol vurulub.
BAKU.WS xəbər verir ki, lakin İbrahima Vacinin vurduğu qol VAR sisteminə baxdıqdan sonra qeydə alınmayıb.
Hazırda hesab 1:1-dir.
***
20.36
"Qarabağ" - "Ferentsvaroş" oyununda ikinci qol vurulub.
BAKU.WS xəbər verir ki, hesabı "köhlən atlar"ın oyunçusu Kvabena Ovusu 34 dəqiqədə bərabələşdirib.
***
20.19
"Qarabağ" - "Ferentsvaroş" oyununda hesab açılıb.
BAKU.WS xəbər verir ki, hesabı oyunun 17-ci dəqiqəsində "Ferentsvaroş"un oyunçusu Franck Boli açıb.
***
20.00
Bakıda UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunu çərçivəsində "Qarabağ" - "Ferentsvaroş" oyunu başlayıb.
BAKU.WS xəbər verir ki, qarşılaşmaya saat 20:00-da başlayıb.
Qarşılaşmada ilk dəfə VAR sistemi tətbiq olunur.