Tofiq Musayev Bellatordakı debüt döyüşündə parlaq qələbə qazandı - VİDEO

23
iyl
2022
08:28
MMA təmsilçimiz Tofiq Musayev Bellator turnirindəki debüt döyüşündə parlaq qələbə qazanıb.
BAKU.WS xəbər verir ki, ABŞ-ın Vaşinqton şəhərinin "Emerald Kuin Kazino" stadionunda keçirilən Bellator 283 turnirində 32 yaşlı təmsilçimiz 30 yaşlı amerikalı Sidni Autlo ilə gücünü sınayıb. Döyüş ilk raundunun 27-ci saniyəsində Tofiq Musayevin nokautla qələbəsi ilə yekunlaşıb. Beləliklə Tofiq Musayev peşəkar karyerasında 18-ci qələbəsini qazanıb. Təmsilçimiz cəmi dörd döyüşdə uduzub.
Bunadək Tofiq Musayev Rizin, WFCA və digər nüfuzlu turnirlərdə uğurla dğyüşüb.
Oxşar xəbərlər
Azərbaycanlı döyüşçünün “Bellator”dakı debütünün baş tutmama səbəbi bilindi
Azərbaycanın qarışıq döyüş ustası (MMA) Tofiq Musayevin “Bellator”dakı debütü baş tutmayıb. BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, o, cümə günü, aprelin 22...