SİZİN REKLAM BURADA!
055 213 76 73


PSJ futbol klubu yeni baş məşqçisi Kristof Qaltye ilə müqavilə imzalayıb.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə italiyalı jurnalist Fabritsio Romano özünün tviter səhifəsində paylaşım edib.

O, 56 yaşlı mütəxəssisin iyulun 5-də ictimaiyyətə təqdim olunacağını bildirib.

İmza mərasimində Paris təmsilçisinin idman direktoru Luis Kampos da iştirak edib.

Qeyd edək ki, Kristof Qaltye bu vəzifədə Maurisio Poçettinonu əvəzləyib.

BAKU.WS