Rusiya "Lokomotiv"inə alman baş məşqçi təyin olundu

Rusiya Lokomotivinə alman baş məşqçi təyin olundu
İdman 33

Yozef Tsinnbauer Rusiyanın "Lokomotiv" futbol komandasına baş məşqçi təyin olunub.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, təyinat formal xarakter daşıyır.

Baş məşqçi funksiyasını faktiki olaraq, Marvin Kompper yerinə yetirəcək. Lakin Kompperin bu vəzifədə rəsmən çalışmaq üçün lazımi lisenziyası yoxdur.

Qeyd edək ki, Yozef Tsinnbauer bu təyinatadək Almaniyanın "Hamburq", İsveçrənin "Sankt Qallen" və CAR-ın "Orlando Payrets" komandalarının sükanı arxasında olub. 42 yaşlı almaniyalı mütəxəssis "Orlando Payrets"lə iki dəfə ölkə çempionatının bürünc medalını qazanıb.

Son xəbərlər