UEFA Avropa Liqasının qalibi bəlli olub - VİDEO

UEFA Avropa Liqasında 2021/2022 mövsümünün qalibi bəlli olub.
BAKU.WS xəbər verir ki, turnirin final oyununda Şotlandiya "Reyncers"ini məğlub edən Almaniya "Ayntraxt"ı titula sahib çıxıb.
İspaniyanın Sevilya şəhərindəki "Ramon Sançes Pisxuan" stadionunda oynanılan qarşılaşmanın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Əlavə vaxtda hesab dəyişmədiyindən qalibi müəyyənləşdirmək üçün penalti zərbələrindən istifadə olunub. Burada daha dəqiq oynayan "Ayntraxt" Avropa Liqasının qalibi olub.
UEFA Avropa Liqası
Final
18 may
"Ayntraxt" (Almaniya) - "Reyncers" (Şotlandiya) - 1:1 (ƏLAVƏ VAXTDA - 0:0, PENALTİLƏRLƏ - 5:4)
Qollar: Rafael Borre, 69 - Co Aribo, 57
Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Sevilya, "Ramon Sançes Pisxuan" stadionu.
Oxşar xəbərlər
Çempionlar Liqası və Avropa Liqasının həlledici mərhələlərinin püşkü atıldı
Çempionlar Liqasının və Avropa Liqasının 2019/20 mövsümünün son püşkatma mərasimi keçirilib. BAKU.WS apasport.az-a istinadən xəbər verir ki, İsveçrənin Nyon şəh...