SİZİN REKLAM BURADA!
055 213 76 73


"Asan döyüş gözləmirəm. 5 raundun hamısında işləyəcək, dominantlıq edəcəyəm. Bir sözlə, rinqdə rəqibimi parçalayacağam".

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu rusiyalı MMA döyüşçüsü Marif Pirayev yüngül çəkidə "AMC Fight Nights" çempionu Nəriman Abbasovla keçirəcəyi görüşdən öncə mətbuat konfransında deyib.

29 yaşlı idmançı özünə güvəndiyini bildirib: "Əzmkar qələbə ilə Nərimanın başqa səviyyəli döyüşçü olduğunu yazanların ağzını yumacağam. Mən onun çox güclü və yaxşı döyüşçü olduğunu danmıram. Amma özümü Abbasovdan zəif hesab etmirəm. Rinqə çıxıb qələbə qazanacağam".

Qeyd edək ki, döyüş iyunun 10-da Rusiyanın paytaxtı Moskvada təşkil olunacaq.

BAKU.WS