15 yaşlı Azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan ağırlıqqaldıranı Musab Məmmədtağıyev Kosovonun paytaxtı Priştinada keçirilən U-15 və yeniyetmələr arasında Avropa birinciliyində 3 qızıl medal qazanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Ağırlıqqaldırma Federasiyası məlumat yayıb.
Bildirilib ki, birdən qaldırma hərəkətində 124 kq çəkini başı üzərinə qaldıran idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
70 kq çəki dərəcəsində yarışan atlet təkanla qaldırma hərəkətində 145 kq ağırlığın öhdəsindən gələrək daha bir qızıl medal qazanıb.
Beləliklə, iki hərəkətin cəmində 269 kq nəticə göstərən Musab Məmmədtağıyev toplamda Avropa birinciliyinin qızıl medalına sahib olub.
Qeyd edək ki, o, ikinci yerin sahibi Hayk Movsisyanı 17 kq qabaqlayıb.
Qalereya
Oxşar xəbərlər
"Böyük Dəbilqə": Azərbaycan cüdoçularının ilk rəqibləri müəyyənləşib
Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə cüdo üzrə "Böyük Dəbilqə" turnirinin püşkatma mərasimi keçirilib. BAKU.WS xəbər verir ki, püşkün nəticələrinə...